45Azərbaycan musiqisinə gözəllik qatan qadınlardan biri – Nərminə Məmmədova bizim yazımızın baş qəhrəmanıdır. Nərminə Məmmədova 1932-ci ildə Qazaxda ziyalı ailəsində dünyaya göz açıb. O, məşhur Qiyasbəylilər nəslindəndir. Atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci katibi işləyirdi. Ağası bəy Qafqaz İslam Ordusunun sərkərdəsi Nuru Paşanı Şamaxıda ilk qarşılayan vəzifəli şəxslərdən olub. Anası Şəfiqə xanım isə tarix müəllimi idi. Çox keçmir ki, atası əksinqilabçı kimi sürgünə göndərilir.. Müğəninin ilk adı nə qədər maraqlı olsa da Nərminə olmayıb. Onun ilk adı Fəridə olub. Ailəsi 1922-ci ildə çap olunan məşhur “Çalıkuşu” romanının baş qəhrəmanı  olan Fəridənin adını qızlarına verirlər. Atası xalq düşməni olan Nərminəni sıxışdırırdılar. Elə müğənninin anası Fəridənin çətin həyat yaşadığını görürdü. “Çalıkuşu” romanında əziyyətli həyat sürən Fəridə adının qızına uğursuzluq gətirdiyinə inanan anası qızının adını dəyişib Nərmin qoyulur. Sonralar isə məhşur olduqdan sonra isə həmin ad Nərminəyə çevrilir. Atasına vurulan damğaya görə çox əziyyət çəkən Nərminə ali təhsil ala bilmir. Bir müddət keçdikdən sonra atası Ağası bəy bəraət alıb, Bakıya qayıdır. İmam Mustafayev onu isti qarşılayıb, qabiliyyətinə görə yüksək vəzifəyə, şəhərin mərkəzində bir vaxt onun olan köhnə evinə geri qaytarır. Və qəribə paradoks: Ağası bəy tutulanda evini onun həbsinə qərar verən prokurora vermişdilər, amma çox çəkmədən həmin prokuror da həbs olunur, ədalət öz yerini tutur.  Nərminə Məmmədovanın atası bəraət alıb qayıtdıqdan sonra uşaqlıqdan bəri görmədiyi atasının yanına qaçır. Ancaq Ağası bəy tək qayıtmamışdı. Sürgündə olarkən ağır işdən qurtarmaq üçün Ağası bəyə yoldaşları özünü dəliliyə vurmasını məsləhət gördükləri üçün Ağası bəy dəlixanaya salınmışdı. Sirrini bir tək ona ürək qızdıran, yardım edən rus tibb bacısına danışa bilirdi. Onun hər nazını çəkən bu xanımla orada evlənməli olur. Şəfiqə xanım da bunu min bir çətinliklə yolunu gözlədiyi ərinə bağışlamaya bilmir. Hətta qocalığında yolda Ağası bəyi infarkt vurur, onu aparan maşına Nərminəgilin, yəni ilk həyat yoldaşının ünvanını verir. Şəfiqə xanım deyinsə də, ona qulluq edir, amma ərini yenə də bağışlamır.56             Nərminə Məmmədova uzun müddət radioda işləyib. Sənətdə olduğu 30 il ərzində bir dəfə də konsert verməyib. Səsi yalnız televizor və radiodadan eşidilib. O, çox şan-şöhrəti sevmirdi. Nərminə Məmmədova Rübabə Muraova, Şövkət Ələkbərova, Sara Qədimova’nın tanınan vaxtlarında musiqə dünyasına daxil olmuşdu. Əfsanə müğənnilər arasında öz yerini tuta bilib və tamaşaçı tərəfindən də sevilə bilmişdi Nərminə Məmmədova. Onun səsini çox adam Şövkət Ələkbərova ilə qarışdıranlarda çoxdur. Hətta bir dəfə Şövkət xanım özü zəng vuraraq “ay Nərminə, o gün radioda oxuyurdun, çaşdım, elə bildim oxuyan mənəm” söyləmişdi. Amma onlar özlərini bir-birinə rəqib saymazdılar. Sənətləri qədər şəxsiyyətləri də böyük idi bu xanımların. İndi onun lent yazılarının çoxu silinib. Hələ sağlığında Azərbaycan Dövlət Televiziyasının arxivini su basmışdı, neçə-neçə əsəri yox olmuşdu.Nərminə Məmmədovanın həmkarı Sinan Səid ilə olan duetləridə çox sevilir. Əsil sənəti ərəbşünas olan Sinan Səid ilə  Nərminə Məmmədova ilə eyni radioda işləyirdi. (Sinan Səid haqqında ətraflı məlumat altda – istinadlar bölməsində) Sadəcə yaxşı züm-zümə edən Sinan Səidə məşhur müğənnilərlə iş yoldaşları tərəfindən duet oxunması təklif olunur. Bu məhşurların arasında Şövkət Ələkbərova, Flora Kərimova, Rübabə Muradova da olur. Bu təklifləri qəbul etməyən Sinan bir dəfə Nərminə Məmmədovanın ifasını eşidir. 1963-cü ildən Nərminə xanım ilə Sinan Səid duet oxumağa başlayırlar. Helə bunlardan da ən məşhuru kərküd xalq mahnısı “Evlərinin ögü yonca” olur. (Duetlərə qulaq asmaq üçün link aşağıda – istinadlar bölməsində)

axar.az1444165081Qizilduet (1) Nərminə Məmmədovanın ağır həyatı 40 yaşına yaxın evlənməsinə səbəb olur. O, 60-cı illərin əvvəllərində ailə qurur – nəcib bir ailədən olan ziyalı bir şəxslə Ramiz Qiyasbəyli ilə evlənir. Ramiz gələcək həyat yoldaşını onlara qonaq gələndə görür və aşiq olur. Bir müddət sonra Ramiz özündən yaşda xeyli kiçik olan bu gözəl qızla evlənmək istədiyini bildirəndə ata xalq düşməninin qızını oğluna almaqdan boyun qaçırır və zorla dostu Səməd Vurğunun qızı Aybəniz xanımla onu nişanlayır. Aybəniz də başqasını sevirdi. Yəhudi, gənc bir dərziyə vurulmuşdu. Hər ikisi aradakı soyuq münasibəti duyur və nişan pozulur. İnadkar ata ikinci dəfə zorla oğlunu evləndirir. Hətta tapançanı oğlunun kürəyinə dirəyərək onu bəy otağına salır. Amma Ramizin gözü Nərminədə idi. Bu xanımla cəmi bir həftə birgə yaşayır. Sonra əşyalarını da götürərək gizlicə Nərminənin yanına getmək üçün evdən birdəfəlik qaçır. Amma əvvəlki həyat yoldaşından bir oğlu olur. Ramizin ailəsi də müğənni və xalq düşməninin qızı ilə evləndiyi üçün oğlunun yeni ailəsini heç cür qəbul etmir. Onlar Nərminənin anasının iştirakı ilə nikah kəsdirir və ən yaxın insanların yanında, Nərminəgildə toy edirlər. Cütlüyün ilk və tək övladı Sevinc dünyaya gəlir. Nərminə xanım artıq 37 yaşına çatırdı. Anası Şəfiqə xanım da Ramiz müəllimin ailəsini sevmirdi, onlar danışmırdılar, hər iki ailə yalnız uşaqdan sonra ünsiyyət qurdular. Həmişə rəhbər vəzifələrdə çalışan Ramiz müəllim ömrünün son gününədək xanımı və qızını hər qayğı ilə əhatə etmişdi. Nərminə xanım isə öz ailəsinə, qızına, onun təhsilinə görə sevdiyi karyerasını qurban verdi. Nərminə xanım artıq ömrünün qürub çağına gəlmişdi. Qocalıq və xəstəlik onu əldən salmışdı. Gəncliyindən çəkdiyi qorxular, yaşadığı səksəkəli həyat nə vaxtsa öz fəsadlarını büruzə verməli idi. Onsuz da ürəyi cavanlıqdan xəstə idi. Ömrünün son illərində isə evdən bayıra çıxmazdı. Səhhəti o qədər pisləşmişdi ki, evin bir başından o başına stullarda otura-otura gedib çıxırdı.

İstinadlar:
http://hafta.az/index2.php?m=yazi&id=136576
Sinan Səid haqqında - http://axar.az/news/musiqi/67245.html
Duetlərə qulaq asmaq üçün - 
Nərminə Məmmədova haqqında verliş - https://www.youtube.com/watch?v=pLkCqsbWT0E&t=66s
Advertisements